Yuxarı

Perinatal Mərkəzdə yanğın: General hadisə yerində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Perinatal Mərkəzdə yanğın: General hadisə yerində

08:20

Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb:

“Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin səbəbi hələlik bəlli deyil.

***

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu Oxu.az-a açıqlamasında ilkin ehtimala görə, yanğına qısaqapanmanın səbəb olduğunu bildirib.

Tarix
2024.01.09 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla