Yuxarı

Mübariz Qurbanlı GMİ sədri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gələn Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Axar.az-a bildirilib ki, görüşdə Mübariz Qurbanlı Azərbaycan-Gürcüstan əməkdaşlığının mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını deyib. O qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iki dövlət arasındakı münasibətlər məqsədyönlü fəaliyyət sayəsində yeni mərhələyə yüksəlib. Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Komitə sədri Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Son dövrdə müvafiq sahədə Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin ölkəmizə, habelə Azərbaycan nümayəndə heyətinin ötən il Gürcüstana etdiyi səfərləri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib. İki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

M.Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modelindən söhbət açıb. Bildirib ki, ölkəmizdə bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan qeydiyyata alınmış dini icmaların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

GMİ-nin şeyxi Faiq Nəbiyev Azərbaycanın nümunəvi birgəyaşayış modelinin önəminə diqqət çəkib. Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin özünü bütün sahələrdə göstərdiyini bildirib. Fəaliyyəti dövründə dini sahədə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Tarix
2024.01.16 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya 5 saata 5 razılıq əldə etdi - Detallar

Prezident və xanımı Ağdamda...

Əli Əsədov Pezeşkianla görüşdü

ABŞ-Rusiya danışıqları başa çatdı

Qonşumuzla quru sərhəd açılır: Tarix bilindi...

Dünyanın bölüşdürülməsi prosesi başladı

Erməni əsilli şəxslərin məhkəməsi başladı

İlham Əliyev qambiyalı həmkarını təbrik etdi

AB müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə - Video

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla