Yuxarı

Qonşumuzla quru sərhəd açılır: Tarix bilindi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşumuzla quru sərhəd açılır: Tarix bilindi...

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

L.Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb.

İqtisadiyyat və davamlı inkişaf nazirliyində keçirilən görüşdə Gürcüstan tərəfdən nazir müavini Quram Quramişvili, Marabda-Kartsaxi MMC-nin rəhbəri Levan Kankava, “Gürcüstan Dəmir Yolları”nın rəhbər şəxsləri, Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə isə nazir Rəşad Nəbiyev başçılıq edib.

Görüşdə həmçinin Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər Orta Dəhlizin artan roluna xüsusi diqqət yetirib və onun rəqabət qabiliyyətinin artırılması, əlavə yüklərin cəlb olunması üçün görülən tədbirləri müzakirə ediblər. Bildirilib ki, bu proses hər iki ölkəyə əlavə dəyər yaratmaq imkanı verəcək. Görüşdə həmçinin Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin 1 may 2025-ci ildən etibarən bərpası məsələsi müzakirə olunub.

“Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır,” – deyə L.Davitaşvili vurğulayıb.

Tarix
2025.02.18 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla