Yuxarı

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.

Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar.

Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, noyabrın 17-19-u tarixlərini əhatə edən Beynəlxalq STEAM Azərbaycan Festivalı robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Festivalda ümumilikdə 22 ölkə iştirak edir.

Tarix
2025.11.19 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

PA-dan qovulan Heydər Əliyevin tərcüməçisi kim olub?

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

Ərdoğanla Zelenskinin görüşü keçirildi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla