Yuxarı

Almaniya ordusuna dronları vurma səlahiyyəti verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya ordusuna dronları vurma səlahiyyəti verildi

Almaniya hökuməti Daxili İşlər Nazirliyinin təqdim etdiyi hava təhlükəsizliyi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, qanunla federal əyalətlərə dron təhlükəsi ilə mübarizədə yardım məqsədilə Silahlı Qüvvələrin cəlb olunması hüququ verilir. Bundesver özünün dəstəyi olmadan təhlükənin qarşısının alınmasında ciddi çətinlik yarandığı hallarda dronlara qarşı silahlı müdaxilə etmək səlahiyyəti ilə təmin olunub. Dronlara qarşı tədbirlər zamanı sürətli və effektiv reaksiya zəruri olduğundan, qanun layihəsi Silahlı Qüvvələrin bu məqsədlə tətbiqinə dair qərarvermə prosesinin sadələşdirilməsini və sürətləndirilməsini nəzərdə tutur.

Bundan başqa, qanuna əsasən gələcəkdə aeroportların ərazisinə qəsdən və icazəsiz daxil olaraq mülki hava nəqliyyatının təhlükəsizliyini pozmaq cinayət kimi qiymətləndiriləcək. Hava limanlarının təhlükəsizlik zonasına qəsdən daxil olub uçuş prosesini pozmağa və təhlükə yaratmağa cəhd edən şəxsləri 5 ilədək həbs cəzası gözləyəcək.

Tarix
2025.11.19 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

Ərdoğanla Zelenskinin görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla