Yuxarı

Saakaşvilidən sərt sözlər: Öz əhalisinin üçdə birini...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvilidən sərt sözlər: Öz əhalisinin üçdə birini...

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili “Gürcü Arzusu”nun qərarını şərh edib. Qərara əsasən, xaricdə yaşayan Gürcüstan vətəndaşları artıq xaricdə seçkilərdə səs verə bilməyəcəklər – bunun üçün onların mütləq ölkəyə qayıtmaları tələb olunur.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

“Bu gün müşahidə etdiyimiz şey tamamilə nəzarətsiz sistemlərin klassik modelidir. Onların jarqonunda buna “bespredel” deyilir. Rusiya bunu beynəlxalq sistemi dağıtmaq, daxildə özbaşınalıq yaratmaq və müharibə aparmaq üçün istifadə etdi.

Beynəlxalq nizamda yaranan boşluqdan Venesuela kimi bir neçə kiçik rejim, bəzi Afrika rejimləri və İvanişvili də istifadə etdi. O, Gürcüstan dövlətinin parçalanmasını bizim canlı yayımlarda izləməyimiz üçün yalnız özündən asılı olmayan telekanalları hələlik söndürmür.

Elə iki gün əvvəl Gürcüstan öz əhalisinin üçdə birini — emiqrantlarını itirdi. Bu “qəssablıq işi”ni başa vurduqdan sonra o, həm telekanalları bağlayacaq, həm də ölkədə qaranlıq tam hökm sürəcək. Mübarizə aparmaq lazımdır!”, - deyə Saakaşvili bildirib.

Tarix
2025.11.19 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Səhv məlumata görə, iki nəfəri öldürdüm - Qətlin şok təfərrüatı

PA-dan qovulan Heydər Əliyevin tərcüməçisi kim olub?

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

Ərdoğanla Zelenskinin görüşü keçirildi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla