Yuxarı

Bu kənd fasiləsiz içməli su ilə təmin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kənd fasiləsiz içməli su ilə təmin olundu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri cənab Zaur Mikayılovun tapşırığına əsasən, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq Siyəzən rayonu, Orta Həmyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd edilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin edilməsidir.

Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.

Hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici qurğularında təmir-bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.

Orta Həmyə kəndinin ağsaqqalları, şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür ediblər.

Tarix
2025.11.19 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanla Zelenskinin görüşü keçirildi

Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla