Yuxarı

İsraildə AQTA-nın saxta ixrac sertifikatı hazırlanıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildə AQTA-nın saxta ixrac sertifikatı hazırlanıb...

İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saxta ixrac sertifikatını hazırlayıb.

Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta "e-afsa.com", "storage2.me-qr.com" və "cdn.qr-code-generator.com" domeninə yönəlmə baş verir.

Qeyd edək ki, AQTA-nın rəsmi domeni "e-afsa.gov.az"dır. Agentlik tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən, yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir.

Aşkar olunan uyğunsuzluq barədə İsrail Dövlətinin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib.

Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.

İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi "e-afsa.gov.az" domeninin yazılmasına diqqət etsinlər.

Tarix
2025.11.19 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla