Yuxarı

Bayramov Rubionun müavini ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Rubionun müavini ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.

Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, post-münaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.11.19 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla