Yuxarı

Onlar üçün dərman təminatı lazımı səviyyədə deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar üçün dərman təminatı lazımı səviyyədə deyil

Gələn ilin büdcəsində səhiyyə xərclərində ümumi artıma baxmayaraq, onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımı səviyyədə deyil.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dünyada onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir:

"Müasir terapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti on ildən daha uzun müddət yüksək həyat keyfiyyəti ilə yaşaya bilir. Bu səbəbdən də dövlətin onkoloji sahə üzrə proqramı çərçivəsində nəzərdə tutulan maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır".

R. Mahmudov deyib ki, mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir:

"Onkologiyada target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır. İcbari tibbi sığortanın (İTS) üzərinə düşən yük son illərdə həddindən artıq artıb. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə olunması real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək".

Tarix
2025.11.19 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla