Yuxarı

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Azərbaycana ilk gəlişimdir və bu səfər üçün çox həvəsli idim. Regiona da ilk səfərimdir. 8 avqustda əldə olunan nailiyyəti qeyd etmək və onu necə daha da irəli apara biləcəyimizi müzakirə etmək üçün bu səfər vacib idi.

ABŞ səfirliyindən Axar.az-a verilən məlumata görə, bunu Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını irəli aparmaq məqsədilə Bakıda olmaq onun üçün böyük şərəfdir:

“Sizin indi qeyd etdiyiniz bütün ikitərəfli məsələlər haqqında fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm.

Həmçinin prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammiti barədə müzakirə etməyi səbirsizliklə gözləyirəm — ticarətdən enerji əməkdaşlığına, regional bağlantının və təhlükəsizliyin gücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların və avqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızda həm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcək çox iş var.

Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupunun fəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək və Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq”.

O vurğulayıb ki, bu, hər iki xalq üçün imkanları genişləndirəcək və Prezident Trampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələlərin gerçəkləşdirilməsini təmin edəcək.

Qeyd edək ki, eyni məsələ ilə bağlı ABŞ və Ermənistan arasında yaradılan işçi qrupuna da Sonata Koulter rəhbərlik edəcək.

Tarix
2025.11.19 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla