Yuxarı

185 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
185 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında bildirilib.

Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4687 nəfər cəlb edilib, onlardan 4545 kişi, 142 qadın olub.

Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kq 262,033qr və 10 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 251 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kq 977,374 qr nakotik vasitə, psixotrop maddə maddə və 36 qr güclü təsir edən maddə müsadirə edilib.

Tarix
2025.11.19 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla