Yuxarı

Zəngəzur dəhlizinin statusu açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizinin statusu açıqlandı

Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün iştirakçılarının maraqlarının uzlaşdırılması asan deyil, amma bu, mümkün olmadığı anlamına gəlmir. Sadəcə, bu proses çox ciddi və həssas iş tələb edir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Ekspert İrəvanın təklif etdiyi “Sülh qovşağı” və “Tramp yolu” (yaxud Zəngəzur dəhlizi) layihələrinin perspektivlərinə toxunub:

“Əgər perspektivdən danışsaq, bunlar bir-birindən çox fərqli məsələlərdir. Nəhayət, baş verənlər son deyil, hələ başlanğıcdır. Vaşinqtonda imzalanan sənəd bir bəyannamədir, bu bəyannamə ilə Ermənistan və Azərbaycan kommunikasiya xətlərinin zəruri olduğunu qəbul edirlər”.

İsgəndəryanın sözlərinə görə, xüsusilə “Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır:

“Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Mütləq nəzərə almalıyıq ki, vəziyyət mürəkkəbdir: Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda türklər. Həmçinin, iranlılar Ermənistana yol çəkirlər, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya da Qafanda konsulluq açmaq istəyir. İndi bunlara amerikalıları da əlavə edirik, indi bütün bunların necə həll edilə biləcəyini düşünməliyik. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu mümkünsüz deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir”.

Erməni politoloq prosesin mürəkkəb və uzunmüddətli olduğunu bildirib və dünyada buna bənzər çoxlu nümunələrin mövcudluğunu xatırladıb:

“Mən həmişə Belarusla Rusiyanın Kalininqrad vilayətini birləşdirən yolu nümunə gətirirəm: o yol Litvanın ərazisindən keçir, halbuki Litva NATO və Avropa İttifaqının üzvüdür. Buna baxmayaraq, razılaşma var ki, Rusiya vətəndaşları Kalininqrada vizasız, hətta pasportsuz gedə bilirlər. Deməli, belə layihələr mümkündür, sadəcə çox həssas və diqqətli iş tələb edir”.

Xatırladaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan Zəngəzur dəhlizi üçün Kalininqrad modelinin tətbiq olunacağı gözləntilər arasındadır.

Tarix
2025.11.19 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla