Yuxarı

Azərbaycanda bu tarixi abidə dağılır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu tarixi abidə dağılır – Foto

Şabran rayonunun Gilvar kəndində yerləşən, IV–VI əsrlərdə tikildiyi ehtimal olunan qədim alban kilsəsi baxımsız vəziyyətdədir.

Axar.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli yazıb.

“Uzun illərdir baxımsız qalan və heç bir bərpa işinə cəlb olunmayan abidə sürətlə dağılmaqdadır. Yerli sakinlərin sözlərinə görə, abidənin divarlarında iri çatlar yaranıb, tikilinin bir hissəsi artıq uçub, dam örtüyü isə tamamilə sıradan çıxıb.

Kilsə Qafqaz Albaniyasının erkən xristian memarlığının nümunələrindən biridir və dini-mədəni irs baxımından böyük əhəmiyyət daşıyır. Lakin hazırkı şəraitdə abidənin uzun müddət mövcud qala bilməyəcəyi bildirilir. Bitki köklərinin divarlara dolması, qar-yağışın aşınma prosesini sürətləndirməsi, eləcə də ətrafın zibil atıldığı sahəyə çevrilməsi kilsənin vəziyyətini daha da pisləşdirir.

Tarixçilər və memar-restavratorlar hesab edir ki, Giləvar abidəsinin xilas edilməsi həm elmi, həm mədəni, həm də ictimai əhəmiyyət kəsb edir. Onların sözlərinə görə, bu cür abidələr ölkənin çoxkonfessiyalı və çoxmədəniyyətli irsinin canlı sübutudur. Abidənin tam bərpa edilməsi turizm potensialı baxımından da böyük imkanlar yarada bilər.

Kənd camaatı bildirir ki, illərdir abidənin qorunması üçün aidiyyəti qurumlara müraciətlər edilib, lakin nəticə olmayıb. “Bu abidə bizim kəndin tarixidir, nəsillərimizin mirasıdır. İllərdir uçub-dağılır, amma heç kim maraqlanmır”.

Giləvar kəndindəki qədim alban abidəsi mövcud vəziyyəti ölkədə tarixi irsin qorunması ilə bağlı yenidən müzakirələr yaradır. Vaxtında tədbirlər görülməzsə, dəyərli bir abidə tamamilə məhv ola bilər”, - Əsədli bildirib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən açıqlamada isə bildirilib ki, tarixi abidənin mühafizə olunması üçün zəruri tədbirlər görülür:

“Xaçmaz rayonunun Gilvar kəndində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan kilsənin mövcud vəziyyətində mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən nəzarət həyata keçirilir.

Abidənin pasportu hazırlanıb, mühafizə zonası təsdiq edilib. Eləcə də, məlumat lövhəsi vurulub.

Abidənin bərpa-konservasiya olunması məsələsinin isə növbəti illər üzrə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi planlaşdırılır”.

Tarix
2025.11.19 / 17:53
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

Ərdoğanla Zelenskinin görüşü başladı

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla