Yuxarı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.

Axar.az xəbər verir ki, Eldar Namazov Yeni Azərbaycan TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.

“Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”, - deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.

“Yeni Sabah”ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından qovulan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.

Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasını irəlilədə bilmişdi. Belə ki, Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.

Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.

Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.

Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.

Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edəndə onun yanında olub.

O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.

Rauf Hüseynovun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumat var.

2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tərcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanında itib-batması çoxlarında suallar doğurmuşdu.

Tarix
2025.11.19 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

Ərdoğanla Zelenskinin görüşü keçirildi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla