Yuxarı

Qarabağda neçə nəfər daimi işlə təmin olunub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Qayıdış proqramının vaxtında və keyfiyyətli icra olunması qarşıda duran əsas prioritet məsələlərdən biridir. Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad edəndən sonra işğaldan azad edilən bölgədə böyükmiqyaslı işlər görülür. Həmin ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel azad olunmuş bölgəyə köçən sakinlərin məşğulluğu üzərində də iş aparılır. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların içində əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var.

Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib.

“Əmək qabiliyyəti olanlarla əlaqədar fəal iş aparılır və onlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, eyni zamanda da peşə hazırlığı çərçivəsində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq, - nazir bildirib.

S.Babayev qeyd edib ki, 2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirilib, stimullaşdırıcı paketlər təsdiq edilib:

“İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əmək haqqına 20 faiz əlavə ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət verilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əmək haqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir”.

Tarix
2024.01.27 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla