Yuxarı

Qəbələ paytaxt seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələ paytaxt seçildi

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində 2014-cü il üzrə paytaxt bölgələr məlum olub.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə bu il üçün Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Folklor paytaxtı", Abşeron rayonu isə "Sənətkarlıq paytaxtı" elan edilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir. Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir.

Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.

Azərbaycanın 2013-cü ilin "Xalq yaradıcılığı paytaxtları" Xaçmaz, Zaqatala və Göygöl olub.

Tarix
2014.02.06 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla