Yuxarı

Abşeron İH-in vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2024.02.23 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Maltanı təbrik etdi

Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video

Ruanda prezidentinin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev bu konfransın iştirakçılarına müraciət etdi

Ruanda prezidenti Formula-1 yarışını izləməyə gəldi

İsrail 7 ölkəni vurdu: “Ərəb NATO-su” yaranır - Türkiyə də...

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

İlham Əliyev Malta prezidentini təbrik etdi

Bakıda cütlüyün nikahına prezident də gəldi - Video

AzTV-nin keçmiş sədri vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla