Yuxarı

Pensiya məbləği nədən asılıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya məbləği nədən asılıdır?

Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet saytında növbəti interaktiv sorğu başa çatıb.

Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, respondentlərə "Pensiyanızın məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?" sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 50,53 faizi "bəli", 37,35 faizi isə "xeyr" cavabını verib. Sorğuya qatılanların 12,12 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıb.

Hazırda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əməkhaqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafiə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Bununla yanaşı, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

Tarix
2016.02.17 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla