Yuxarı

Qarabağ Dirçəliş Fondu və “Azərxalça” birgə layihəyə start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Dirçəliş Fondu və Azərxalça ASC Qarabağın bərpasına töhfə vermək üçün əməkdaşlığa başlayır.

Axar.az xəbər verir ki, bu münasibətlə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Four Seasons” otelində Azərxalça ASC-yə məxsus butikdə usta toxucu tərəfindən hazırlanan Qarabağ xalçasına ilmə ataraq xalçanın hazırlanması prosesində iştirak edib.

Məlumat üçün bildirək ki, sözügedən Qarabağ xalçasına ilk ilmələri 2022-ci ilin noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər.

Qeyd edək ki, Qarabağın mədəni dirçəlişini simvolizə edən bu xalça QDF və “Azərxalça” arasındakı uzunmüddətli əməkdaşlığın təməli sayıla bilər. Belə ki, Qarabağın rənglərini özündə təcəssüm etdirən bu xalça yaxın gələcəkdə QDF tərəfindən keçiriləcək xeyriyyə hərracında xüsusi lot kimi təqdim ediləcək.

R.Hacıyev bu xeyriyyə təşəbbüsünə qoşulduğuna görə “Azərxalça”nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədova təşəkkürünü bildirib.

E.Məmmədov gələcəkdə birgə digər layihələrin həyata keçirilməsində maraqlı olduğunu və belə layihələrin Qarabağın dirçəlişi prosesinə daha çox insanın cəlb olunmasına töhfə verəcəyini vurğulayıb.

Sonda iştirakçılara butikdə yer alan digər xalçalar təqdim edilib və xatirə şəkli çəkilib.

Tarix
2024.02.27 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla