Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar
yağacağı istisna olunmur. Gecə və səhər bəzi yerlərdə zəif duman
olacaqdır.
Temperaturun gecə 1-5° şaxta, gündüz 2-6° isti, Bakıda gecə 1-3°
şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət
gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz
0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi
yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti
olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı
gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman
olacaqdır. Şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° isti, dağlarda gecə
10-15°, yüksək dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta olacağı
gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən
yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı
gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə
və səhər bəzi yerlərdə az qar yağacağı, duman olacağı
gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə
7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.