Yuxarı

Azərsu əhalini susuz qoymağa and içib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərsu əhalini susuz qoymağa and içib

Montin qəsəbəsində yerləşən Hidayətzadə 20 ünvanında 8 gündür ki, su yoxdur. Sakinlərin dediyinə görə, 3 gün bundan əvvəl binanın borularının donu açılsa da, burda quraşdırılan smartfon sayğaclarda problem yaranıb. İki-üç sakinin sayğacı qaydaya salınsa da, əksər sakinlər hələ də susuzluqdan əziyyət çəkir.

Nərimanov Rayon Su İdarəsi düşdükləri ağır vəziyyətdən şikayət edən vətəndaşlara məsələyə heç bir aydınlıq gətirə bilməyəcəyini, smartfonları quraşdıran şirkətə görə cavabdeh olmadığını bildirib. "Azərsu" Səhmdar Cəmiyyəti də sakinlərə eyni cavabı verib.

Günlərdir susuz şəraitdə olmazın əziyyət çəkən və Azərsu idarələri arasında çaşbaş qalan sakinlər bu dolaşıqlığı çözə bilmədiklərindən üzlərini "Axar.az"a tutublar.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayılov isə smartfon sayğacları bu müəssisənin tərkibində olan Nəzarət Ölçü Cihazları İdarəsinin quraşdırdığını bildirdi.

Aidiyyəti qurum nümayəndəsi Tahir müəllim isə vətəndaşların şikayətlərinə bu gün baxa bilməyəcəklərini söylədi və bunu işlərinin çox olması ilə əlaqələndirdi.

Əməkdaşımıza danışan sakinlərdən biri bildirib ki, Azərsu onların şikayətinə baxmadığına görə, indi məcburdurlar ki, Prezidentə müraciət etsinlər. Çünki artıq bundan başqa yolları qalmayıb.

Tarix
2014.02.07 / 15:10
Müəllif
Vəfa Nağı
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla