Yuxarı

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - Azərsu ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Agentlikdən Axar.az-a verilən məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

"Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı-texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq. İstehlakçılardan xahiş olunur, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər", - agentlik bəyan edib.

Tarix
2024.03.19 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla