Yuxarı

Kəlbəcər-Laçın avtomobil yolu nə vaxt hazır olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və onun üzərindəki tunellərin inşası 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində tamamlanacaq.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 8 910,5 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 179 metr olan 23 avtomobil körpüsünün və 1 076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4 248 metr istinad və 30 521,2 metr daş divarın inşası işləri aparılır.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

Tarix
2024.03.19 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla