Yuxarı

Bakının bu küçəsi də təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu küçəsi də təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsini təmir edir.

Axar.az agentliyə istinadən xəbər verir ki, təmir işləri sözügedən küçənin Albert Aqarunov küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 metrlik hissəsində icra olunur.

Ortalama eni 31 metr təşkil edən küçədə təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada panduslarının quraşdırılması işləri aparılır.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Tarix
2024.04.01 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi - Foto

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Azərbaycanla hüquqi yardım haqda saziş imzaladıq

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla