Yuxarı

Ukraynaya kütləvi hücum: yaralıların sayı 46-ya çatdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya kütləvi hücum: yaralıların sayı 46-ya çatdı - Foto

10:31

Rusiya ordusu aprelin 25-nə keçən gecədən başlayaraq Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.

Axar.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hava hücumu nəticəsində yaşayış binalarına, müəssisələrə və sənaye infrastrukturuna ziyan dəyib.

Şəhərdə yanğınlar baş verib.

Dördmərtəbəli yaşayış binası qismən dağılıb. İlkin məlumatlara görə, biri uşaq olmaqla, 14 nəfər yaralanıb. Beşi uşaq olmaqla 30 nəfər xilas edilib.

İnsanların dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Hava zərbələri nəticəsində Xarkov şəhərində də dağıntılar qeydə alınıb, 2 nəfər xəsarət alıb.

Məlumata görə, gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr qeydə alınıb. İki nəfər ölüb, yaralılar var.

Bundan başqa, Kiyev vilayətinə də endirilən hava zərbələri nəticəsində dağıntılar qeydə alınıb.

Məlumata görə, Rusiya ordusu kütləvi hava hücumu zamanı 47 müxtəlif tipli raketdən və 619 drondan istifadə edib. Raketlərdən 12-si ballistik raket olub. Ukrayna hava hücumundan müdafiə sistemi 30 raketi və 580 dronu zərərsizləşdirməyi bacarıb.

***

Rusiyanın Dneprə hava hücumu nəticəsində yaralıların sayı 46 nəfərə çatıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.

Tarix
2026.04.25 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla