Yuxarı

Mikayıl Cabbarov Rusiyada görüşlər keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov Rusiyada görüşlər keçirdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin inkişafına verdiyi böyük önəm sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq, innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd olunub.

Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə məlumat verilib. Görüşlərdə əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Tarix
2024.04.09 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla