Yuxarı

AB nümayəndələri Füzuliyə getdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB nümayəndələri Füzuliyə getdilər

Avropa Birliyinin (AB) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfərləri başlayıb.

Axar.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Aeroportun foyesində qonaqlara Qarabağın tarixini əks etdirən fotosərgi təqdim edilib, Qarabağın işğaldan əvvəlki vaxtları və sonrakı inkişaf perspektivləri barədə geniş məlumatlar verilib.

Səfər çərçivəsində qonaqlar işğaldan azad edilən Füzuli şəhərini ziyarət edib, şəhərin xarabalığa çevrilən qalıqlarını seyr ediblər.

E.Hüseynov onlara işğaldan sonra ermənilərin Füzuli şəhərini dağıtdıqları və bütün infrastrukturu məhv etməklərinin bariz nümunəsi olan mənzərə barədə geniş məlumat verib. Azad edildikdən sonra Füzuli şəhərində Azərbaycan dövlətinin şəhərdə apardığı quruculuq, abadlıq işləri və məcburi köçkünlərin öz ata-baba yurdlarına mərhələli şəkildə köçürülməsi haqqında da məlumat verilib

Xatırladaq ki, Avropa Birliyinin səfirlər səviyyəsində, Siyasi və Təhlükəsizlik Komitəsinin, həmçinin Avropa institutlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri 11-12 aprel tarixlərində başlayıb. 27 üzv ölkənin təmsilçiləri həftənin əvvəlində Ermənistana, ardınca Gürcüstana, daha sonra isə Azərbaycana səfər ediblər. Səfərin məqsədi Cənubi Qafqaz ölkələri ilə AB arasında əməkdaşlığı, eyni zamanda regiondakı inkişafları müzakirə etməkdir. Nümayəndələr işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində də olacaqlar.

Tarix
2024.04.12 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla