Yuxarı

Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi

Bakının Nəsimi rayonu ərazisində yerləşən sinaqoqda (Yəhudi ibadət evi) ravvindən (din xadimi) hər kəsin namaz qılmasını tələb edən şəxs saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1994-cü ildə Bakı şəhərində doğulmuş, ali təhsilli Cabir Həsənov (ad-soyad şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Cabir Nəsimi rayonu ərazisində yerləşən sinaqoqa gedərək, ravvinlə söhbət edib və orada hər kəsin namaz qılmalı olduğunu bildirib.

Daha sonra sinaqoqdan çıxaraq qışqırmağa başlayıb. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəyiblər və ictimai asayişi pozmaması barədə xəbərdarlıq ediblər.

Onu polis bölməsinə dəvət etsələr də, Cabir polisin qanuni tələblərinə əməl etməyərək, xidməti avtomobilə əyləşməkdən imtina edib. Bu səbəbdən zəruri tədbirlər görülərək avtomobilə əyləşdirilib və polis bölməsinə aparılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2024.04.18 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla