Yuxarı

Şairin qızı işdən niyə çıxarıldı? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şairin qızı işdən niyə çıxarıldı? - Rəsmi

Bir sıra internet portallarında İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarıyla olduğu haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

Kanal İntizar İsmayılın işdən çıxarılmasının AzTV rəhbərliyi ilə heç bir əlaqəsi olmadığını bildirib:

"İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun fəaliyyətinə xitam verilib. Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilən qərarların AzTV rəhbərliyinə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, İTV-də böyük redaktor vəzifəsində çalışan İntizar İsmayıl ata Məmməd İsmayılın AzTV sədri Arif Alışanovu tənqid etdiyi üçün işdən çıxarıldığını açıqlayıb.

1992-1993-cü illərdə AzTV-nin sədri vəzifəsində çalışan Məmməd İsmayıl Arif Alışanovu nəzərdə tutaraq bildirib ki, mühasibdən televiziya rəhbəri olmaz.

Tarix
2016.03.02 / 10:41
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla