Yuxarı

İTV-nin regional bürosu bağlanır? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-nin regional bürosu bağlanır? - Açıqlama

İctimai Televiziyanın (İTV) sözçüsü Akif Cabbarlı regional bürolarının bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.

İTV rəsmisi A.Cabbarlı Publika.az-a bildirib ki, yayılan məlumatlar doğru deyil: "Regional bürolarımız bağlanmır. Bu, yalan söhbətdir. Bölgə müxbirləri Bakıya mütəmadi olaraq çağırılırlar, onlara müvafiq təlimatlar verilir və onlara verilən avadanlıqlar yoxlanılır və sairə. Regional büroların bağlanılmasından heç bir söhbət gedə bilməz".

A.Cabbarlı İTV-də ixtisarların olmayacağını bildirib.

Xatırladaq ki, Gün.Az saytı məlumatlı mənbəyə istinadən İctimai Televiziyanın regional bürolarının bağlanması ehtimalı ilə bağlı xəbər yayıb: "Artıq iki həftədən çoxdur ki, bölgə xəbərlərini yayan "Carçı region" efirə verilmir. Yutub kanalında son veriliş fevralın 12-də yerləşdirilib.

Eyni zamanda, fevralın 13-də regional büroların əməkdaşlarının avadanlıqları texniki baxış adı ilə yığılıb, bu günə kimi qaytarılmayıb".

Tarix
2016.03.03 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla