Yuxarı

Şəkidə avtomobil ağaca çırpıldı: ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə avtomobil ağaca çırpıldı: ölən və yaralanan var

Bu gün axşam saat 21:30-da Şəkidə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Şəki-Qaraməryəm-İsmayıllı yolunun 142-ci km-də, Köbər Zəyzid kəndi ərazisində baş verib. 1976-cı il təvəllüdlü Lətifov Vüqar Məmməd oğlunun idarə etdiyi "90 EN 076" dövlət nömrə nişanlı Lada Priora markalı avtomobil yoldan çıxaraq qəza törədib və yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə sürücü ilə yanaşı bir sərnişin də olub. Qəza nəticəsində sürücü V.Lətifov dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Yalnız bunnan sonra sürücünü avtomobildən çıxarmaq mümkün olub.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Trend)

Tarix
2014.02.08 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla