Yuxarı

Agentlikdən Xankəndi-Şuşa-Laçın yolu ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil yollarının reyestri və layihə simmeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.

Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Yol geyiminin konstruksiyası- əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt beton iki qatda vurulacaq. Həmçinin, 7 santimetr ortadənəli asfalt beton, 5 santimetr xırdadənəli asfalt beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Tarix
2024.05.15 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla