Yuxarı

3909 müəllim keçid balını toplaya bilmədi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3909 müəllim keçid balını toplaya bilmədi - Rəsmi

İyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir:

“Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaqdır.

Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlamışdır”.

Tarix
2024.06.10 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla