Yuxarı

Qazi və şəhid ailələrinə mühüm xəbər: Mənzil növbəsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda şəhid ailələlərin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bir müddət əvvəl parlamentə adıçəkilən kateqoriyadan olan şəxslərin mənzil növbəsi ilə bağlı müəyyən müraciətlər daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı:

“Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.

“Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”, - M.Quliyev vurğulayıb.

Sədr eyni zamanda bildirib ki, bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub:

“Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq”.

Tarix
2024.06.13 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla