Yuxarı

Naftalanda bir qrup şəxs ictimai qaydanı pozdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naftalanda bir qrup şəxs ictimai qaydanı pozdu

İyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Axar.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.

Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T.Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E.Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.

Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.

Tarix
2024.07.21 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla