Yuxarı

İndi də Sabiri “cilalayırlar”: ekspert etiraz etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi də Sabiri “cilalayırlar”: ekspert etiraz etdi - Foto

Abidələri təpədən-dirnağa “bərpa” etmək, rəngləmək və yaxud cilalamaq olmaz. Çünki bu zaman heykəllər, abidələr dəyərini, qədimliyini itirir.

Bu sözləri Axar.az-a açıqlamasında heykəltaraş Azad Əliyev Bakıda daha bir heykəlin – Mirzə Ələkbər Sabirin heykəlinin restavrasiya olunması görüntüləri haqda qeyd edib.

Əliyev bildirib ki, ümumiyyətlə abidələri rəngləmək, heykəlləri cilalamaq qadağan edilməlidir:

“Heykəlləri, abidələri cilalamaq əvəzinə adi su ilə yuyub, yumşaq mumlamaq lazımdır. Bərpa o zaman edilər ki, heykəlin hansısa hissəsi qopmuş olsun. Yalnız qranit heykəllərin parlaq hissələrini cilalamaq olar. Başqa heç bir bərpa oluna bilməz”.

Qeyd edək ki, heykəllərin “köhnəlməsi” həm də həmin abidənin qədimliyini göstərən fakt sayılır. Bu baxımdan da heykəllərin, abidələrin cilalanması normal qarşılanmır.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Bakıdakı heykəllərin restavrasiyasının mütəxəssislərin məsləhəti ilə aparıldığını, “yumşaq cilalanma”dan istifadə edildiyini açıqlayıb.

Tarix
2024.07.23 / 14:55
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla