Yuxarı

Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək, yeni ixtisaslar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək, yeni ixtisaslar...

Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir:

"Bunun baş verməsi üçün bir neçə vacib şərt var. Ən vacib şərt odur ki, peşə təhsili müəssisələri, agentlik olaraq, biz işəgötürənlərin tələblərini anlamalı, ehtiyaclarını duymalıyıq. Adətən, ölkədə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, yeni ixtisaslar təqdim etməyə başlayırıq. Həmçinin bir çox hallarda sənayedə sektoral məlumatlar, işəgötürənlərin təklifləri əsasında yeni ixtisaslar üzrə tələbə qəbulu elan edirik.

Bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisas var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq. Bu səbəbdən peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək".

Tarix
2024.08.06 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla