Yuxarı

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Könüllüləri” xeyriyyə təşkilatı sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq qalaraq 2024-cü ilin ilk yarısında müxtəlif aksiyalar təşkil edib.

Axar.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin həyat yoldaşlarına müasir əmək bazarının tələblərinə uyğun biliklərin aşılanması məqsədilə “Azercell Könüllüləri”nin təşəbbüsü və dəstəyilə onlar üçün xüsusi İKT yönümlü təlimlər təşkil edilib. STEP Kompüter Akademiyası ilə əməkdaşlıqda baş tutan təlimlərdə 20 qadına “SMM Design və “Python Fundamentals” üzrə dərslər keçirilib. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərə cəlb olunmuş namizədlərin siyahısı Zəfər İB tərəfindən təqdim edilib.

Könüllülərin təşkilatçılığı ilə 2024-cü ilin may ayında talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. İki gün davam edən aksiya Mərkəzi Qan Bankının peşəkar tibbi heyəti tərəfindən icra olunub və toplanan qan ehtiyatları Respublika Talassemiya Mərkəzinə yönləndirilib.

İl ərzində Könüllər Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailəyə dəstək göstəriblər. Həmçinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ramanı qəsəbəsində yerləşən "Nur" uşaq evinə və Əhmədli qəsəbəsində yerləşən "SOS Uşaq Kəndi"nə səfərlər təşkil olunub.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət bu xeyriyyə təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və bu günədək minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək verib.

Tarix
2024.08.15 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla