Yuxarı

Tənzilə Rüstəmxanlı seçicilərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Axar.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Bildirilib ki, deputatlığa namizədin növbəti görüşü Neftçala Olimpiya İdman Kompleksində təşkil olunub.

Tənzilə Rüstəmxanlının təbliğat kampaniyaları içərisində ən böyüyü olan görüşə mindən çox seçici qatılıb. Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb.

Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.

Görüşdə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, VI çağırış Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimovvə namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.

Daha sonra söz Tənzilə Rüstəmxanlıya verilib. Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan Tənzilə Rüstəmxanlı seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.

O qeyd edib ki, seçicilər üçün əlçatan olacaq və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcək.

Tarix
2024.08.24 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan

XİN-dən Vaşinqton görüşünün detalları ilə bağlı açıqlama

Tokayevdən sülh razılaşmasına reaksiya

Tramp İlham Əliyevə papaq hədiyyə etdi - Video

Bayramov və Mirzoyan ATƏT sədrinə müraciət imzaladı

Bakı və İrəvan arasında imzalanmış tarixi saziş... – Şərif

Fidan Bayramovla danışdı: Sülh sazişinin paraflanması...

Əfsuslar olsun ki, Bayden administrasiyası... - İlham Əliyev

Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq

Ağ Evdə tarixi saziş: Dörd mühüm detal...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla