Yuxarı

Yasamalda şəhid övladları ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yasamalda şəhid övladları ilə görüş keçirildi - Foto

Bilik Günü ərəfəsində Yasamal Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın övladları ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.

Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından, qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyib. Adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini, belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Bilik günü ilə əlaqədar təlim prosesində şəhid övladlarına yüksək nəticələr arzu edib.

Tədbirdə çıxış edən “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov və digər natiqlər şəhid övladlarının hər birimiz üçün müqəddəs əmanət olduğunu qeyd etdilər. Bu baxımdan şəhid övladlarının diqqət və qayğı ilə əhatə olunması işində yalnız dövlət qurumlarının deyil, həmçinin qeyri-hökümət təşkilatlarının da üzərinə məsuliyyət düşdüyü bildirilib.

Tədbirdə tədris prosesi barədə şəhid övladları ilə xoş söhbət baş tutub. Sonda şəhid övladlarına tədris sovqatları təqdim edilib.

Tarix
2024.09.13 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla