Yuxarı

Masazırda yol terror: 2 nəfər xəsarət aldı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazırda yol terror: 2 nəfər xəsarət aldı - Fotolar

Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərin maşında sıxılmış vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobili yol kənarındakı beton səkiyə çırpılıb və qəza nəticəsində 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı 14 yaşlı Rəsul Quliyevi avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Hadisə şahidlərinin sözlərinə görə, maşının sürücüsü 20 yaşlı Quliyev Vüsal yaralı vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsində araşdırma aparılır.

Tarix
2014.02.14 / 08:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla