Yuxarı

Kərim Vəliyev italiyalı admiralla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:10

İtaliya Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Respublikası Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovulun önündən keçiddən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tarix
2024.09.19 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şuşada...

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

Konqresdə Azərbaycana hörmətsizlik - XİN-dən cavab

Prezident Xankəndidə məktəbin açılışında

Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşdü

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

İrəvanın antiterror əməliyyatı açıqlamasına Bakıdan cavab!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla