Yuxarı

ANS Qızıl Fondunu açdı: Məxfi materiallar – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS Qızıl Fondunu açdı: Məxfi materiallar – Video

1991-ci ildən bu günə qədər olan arxivin ictimaiyyətə çatdırılmasına ehtiyac var idi. Biz də bu işə başladıq. Layihə birbaşa Vahid Mustafayevin təşəbbüsü ilə ərsəyə gəlib.

Bu sözləri ANS Şirkətlər Qrupunun yeni anstv.ws layihəsinin rəhbəri Eldəniz Elgün saytın yaradılması və qarşıdakı planlar haqda Axar.az-a danışarkən deyib. O, bir çox məxfi videoların gün üzünə çıxarılacağını bildirib:

"1991-ci ildən 2015-ci ilə qədər ANS-də yayımlanan verilişləri artıq sayta yerləşdirmişik. Bundan başqa, ANS-in Qızıl Fondu da var. Burada efirə getməyən materiallar yer alıb. Bunların da yavaş-yavaş efirə verilməsi prosesi başlayıb. Bu 6 dəqiqəlik kadrlar hər gün efirə gedir. Hazırda "Yol" adlı sənədli filmlər çəkilir. Bu sənədli filmlərdə də heç vaxt yayımlanmayan materiallar cəmiyyətə təqdim olunacaq. Amma elə materiallar var ki, biz onları cəmiyyətə təqdim edə, efirə verə bilmərik. Məsələn, bunlar Qarabağ döyüşlərindəki açıq ölüm səhnələridir. Bu cür kadrları efirə vermək bir az efir etikasından kənara çıxmaqdır. Ancaq əksər materiallar cəmiyyətə təqdim olunacaq".

Eldəniz Elgün Qızıl Fonddakı bəzi videoların tamaşaçılarda böyük maraq doğurduğunu deyib:

"Artıq təqdim olunan bəzi kadrlar tamaşaçılarımız tərəfindən böyük maraqla qarşılanıb. Məsələn, bir neçə gün əvvəl biz Etibar Məmmədovun müsahibəsini təqdim etdik. O, Ayaz Mütəllibovla qapalı görüşündən danışmışdı. Qızıl Fondda belə videolar çoxdur. Tamaşaçılar da görəcəklər ki, bu materiallar bəzi məsələlərə aydınlıq gətirir. Hazırda biz Qızıl Fondun cəmiyyətə göstərilməsi istiqamətində işlər görürük. Baş verən hadisələrlə, siyasi proseslərlə bağlı kadrları sənədli film şəklində ortaya çıxaracağıq. Başqa bir layihə üzərində də müzakirələr gedir. İstəyirik, əlimizdə olan materiallar əsasında Qarabağın işğalının ilk günündən bu günə qədər yaşananların ensiklopediyasını hazırlayaq. Bu, hələ ki, müzakirə mövzusudur, ancaq inşallah, bu işin də öhdəsindən gələcəyik".

Tarix
2016.04.18 / 16:00
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla