Aktyor yağ oğurladığı üçün tutuldu
14:21
Ana səhifə Toplum |
Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.
Tarix
2024.11.02 / 11:14
|
Müəllif
Axar.az
|