Yuxarı

Yeni qatarlar alındı: köhnə vaqonlar hara göndərilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni qatarların alınması ilə köhnə qatarların xətdən tam çıxarılması anlayışı metro üçün bir az doğru deyil. Çünki metroda hər bir vaqon istismar müddəti ilə ölçülür.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Hər bir vaqonun istismar müddəti bitdikdə ya xüsusi yaradılan komissiya tərəfindən ömrü uzadılır, yaxud yenisi ilə əvəz olunur. Köhnə nəsil qatarlar növbə ilə xətdən çıxarılır. Yeni qatarlar alınarkən köhnə qatarların istismar müddəti nəzərə alınır ki, metro vaqon parkında hər hansı bir disbalans yaranmasın”.

Mətbuat katibi qeyd edib ki, istifadədən çıxarılan qatarlar silinməyə verilir:

“Müvafiq dövlət qurumu gəlib baxır, qiymətləndirmə aparır və sənədləşmə gedir. Sənədlər tam təsdiq olunduqdan sonra köhnə vaqonun doğranılması prosesinə başlanılır. Hər bir qatarda ehtiyat hissələri var. Onlar da müxtəlif istismar müddətinə malikdir. Məsələn, elə ehtiyat hissələri var ki, 7 ildən bir dəyişir. Əgər həmin hissələrdən hər hansı biri yararlıdırsa, istismar müddətini başa vurmayıbsa, onlar metropolitenin ehtiyat hissələr bazasına əlavə olunur. Qalan hissələrin hamısı isə aidiyyəti dövlət qurumunun nəzərəti və razılığı əsasında silinir, doğranır və metal kimi satılır və ondan da müəyyən gəlir əldə olunur”.

O bildirib ki, hazırda Bakı Metropolitenində 67 qatar, 347 vaqon sərnişinlərin xidmətindədir. Bu qatarlardan artıq 30-u (150 vaqon) yeni nəsildir.

Qeyd edək ki, Bakı Metropoliteni daha iki yeni nəsil qatarı 8 noyabra kimi xəttə buraxacaq.

Tarix
2024.11.03 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla