Bakıya küçələri təmizləmək üçün yeni qurğu gətirildi - Video
16:34
Ana səhifə Toplum |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edib.
Bu barədə Axar.az-a Dövlət Komitəsindən bildirilib.
Qonaqlar səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşiblər.
Onlar səfər etdikləri ərazilərdə təbiət mənzərələrini, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar.
Tarix
2024.11.05 / 13:41
|
Müəllif
Aytac Araz
|