Yuxarı

“Padişah xalı”dan dələduzluq: müştərilər belə aldadılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Padişah xalı” təmizlik şirkəti barəsində şikayət daxil olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Həlimə Ələkbərova adlı xanım ünvanlandığı şikayət məktubunda şirkətin yuyulması üçün verdiyi pərdələri yararsız hala saldığını və üstəlik də ondan 55 manat pul aldığını qeyd edib.

“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidmət haqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.

Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yararsız pərdənin yuyulmasına 55 manat verər?

Onlara dedim ki, pərdə yararsız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın", - şikayətçi bildirib.

“Padişah xalı”dan Samir adlı şəxs qeyd etdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:

“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözlə deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki, mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, dərman, şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə zənbildə təhvil verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik.

Bu kimi bir neçə müştərimiz olub. Onlara izah etmişik ki, bu xalçanı yusaq, cırılacaq, verməyin yuyulmağa. Deyirlər ki, siz yuyun, nə olar, olar. Belə çıxır ki, yoxlanış məqsədlə verirlər. Cırılsa, pulunu vermərəm, cırılmasa, malımı istifadə edərəm. Amma dərk etmirlər ki, bunun üçün bizim bir qrup işçi qüvvəmiz cəlb olunur”.

Şirkət rəhbəri özü etiraf edir ki, pərdəni qəbul edərkən ona baxmayıblar və zədələri qeyd etməyiblər. Yəni burada müştəri tam haqlıdır. Şirkətin borcu idi ki, pərdəni yerində təhvil alsın, hər hansı zədə varsa, onu protokollaşdırsın.

Bəs məsələ ilə bağlı ekspert nə deyir?

Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, kimyəvi təmizləmə və bu cür çamaşır şirkətlərindən daima quruma şikayətlər daxil olur:

“Biz, adətən, istehlakçıların bu cür şikayətlərini İqtisadiyyat Nazirliyinə yönəldirik. Belə halda çox mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də insanlar malları öncədən diqqətlə təhvil verməlidirlər. Yəni bu zaman təhvil-təslim aktı olsa, heç də pis olmaz. Bu zaman bütün qüsurları, harada nə varsa, hamısı görünməlidir. Bahalı paltarların, xalçaların təmizlənməsində çox vaxt mübahisələr baş verir. Əgər vəziyyət deyilən kimidirsə, onda əlbəttə, həmin o yuyucu şirkət bu məsələdə məsuliyyət daşıyır. İstehlakçı 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulması barədə şikayət edə bilər”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, icraçı istehlakçıdan qəbul etdiyi əşyanı korladıqda, zədələdikdə istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona 1 aydan gec olmamaq şərti ilə ödəməlidir.

Tarix
2024.11.05 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

Rəhman Mustafayev Putinlə görüşdü - Video

Prezidenti Qırğızıstanda belə qarşıladılar - Video

İrəvandan təzminat tələbi: Bakı 6 gün sonra...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla