Yuxarı

"Sınıq Körpü"də asayişi pozanlar saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sınıq Körpü"də asayişi pozanlar saxlanıldı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsinidən Axar.az-a verilən məlumatda bildirilir ki, aprelin 23-də Gürcüstanla həmsərhəd rayonlarda yaşayan bir qrup sakin özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq yükə görə gömrük rüsumu ödəməkdən imtina edib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə daxil olan və mütəmadi olaraq kommmersiya məqsədilə Gürcüstana səyahət edən həmin şəxslərin yükünə gömrük baxış zamanı şəxsi istehlak miqdarından artıq siqaret və ərzaq məhsullarının olduğu müəyyən edilib.

Həmin şəxslərə qanunvericiliyin tələblərini xatırladan gömrükçülər qanunla nəzərdə tutulan miqdardan artıq yükə görə gömrük vergi və rüsumlarının ödənilməsini tələb edib. Ancaq gömrük orqanları əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan həmin şəxslər kommersiya mıqsədilə gətirdikləri normadan artıq yükə görə nəzərdə tutulan rüsumları ödəməkdən imtina ediblər.

Üstəlik gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə onları nalayiq ifadələrlə təhqir edib, gömrükçülərə qarşı fiziki güc tətbiq etməklə asayişi pozmağa çalışıb.

Tovuz Gömrük İdarəsinin rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və polis əməkdaşları asayişi pozanları saxlayıb.

Tarix
2016.04.23 / 13:26
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla