Bitkoinin qiyməti tarixi maksimuma çatdı
00:34
Ana səhifə Toplum |
COP29 tədbiri ərzində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək.
Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə metronun “Əhmədli” stansiyasına hərəkət edəcək. Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək.
Tarix
2024.11.08 / 21:45
|
Müəllif
Axar.az
|